Menu
Geri İrəli

Sumqayıtda icra başçısı endirilmiş bayrağın şəkilini çəkməyə icazə vermir?

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2013 • Baxış sayı: 426 dəfə • 1 şərh
Share Button

Sumqayıt şəhərində güclü külək əsəndə İcra Hakimiyyətinin qarşısında ucaldılmış bayraq adətən endirilir. Bu gün də bayraq aşağı salınıb. Endirilmiş bayrağın şəkilini çəkən şəhər sakini polis tərəfindən saxlanılıb və şəkil telefonundan sildirilib. Bu barədə Roya adlı  Sumqayıt şəhər sakini sumqayitxeber.com saytına məlumat verib:

“Sumqayit Icra Hakimiyyətinin binası qarşisinda olan bayraq endirildiyini gördüm. Bu mənə pis təsir etdi və şəkilini çəkib bölüşmək istədim. Amma bir neçə dəqiqə sonra bir neçə polis gəldiyini gördüm. Çatan kimi dedilər:

İcra başçısının müavini sizi çağırır, şəkilləri silin!

Mən dedim ki, bu cür bir qanun yoxdur, burda şəkil çəkmək olar, heç bir qadağa gürünmür. Polislər dedi ki, bu İcra başçısının xususi əmridir. Uzun mübahisə etdim, amma tək olmadığım üçün mənə problem lazım deyildi. Qısası, o şəkili məcburi sürətdə telefonumdan sildirdilər.”

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda icra başçısı endirilmiş bayrağın şəkilini çəkməyə icazə vermir?” yazısına bir cavab

  1. Emin deyir:

    O qeder o bayragin Shekilin chekib facebook da paylashmisham hech veclerine alan da yoxdur. Bizde Sumqayitda her defe kulek esende ele dushunurem ki , matem gunudur yadaki iri miqyasli insan olumune sebe hadise olub RESPUBLIKAMIZDA

Şərhinizi yazın