Menu
Geri İrəli

Sumqayıtda idarə rəisi işdən çıxarıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Sentyabr 2016 • Baxış sayı: 3,822 dəfə • 5 şərh

tedbir__160916Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyətinə dair daxil olmuş şikayətlərlə əlaqədar Kollegiya iclası keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nazir Heydər Əsədov kollegiya iclasında bildirib ki, Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhərində fəaliyyət göstərən ət kəsimi məntəqələrinin bir qismində baytarlıq nəzarəti zəif təşkil olunub. Qeyd edilib ki, nazirliyə Sumqayıt şəhər Baytarlıq İdarəsinin fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən narazılıqlar daxil olub. Həmçinin baytarlıq xidmətlərinin göstərilməsinə görə xidmət haqqının qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtlı-vaxtında mədaxil edilməsində nöqsanlara yol verilir.

Ət kəsimi məntəqələrində baytarlıq nəzarətini lazımi səviyyədə təmin etmədiyinə və tabeliyindəki işçilərin işdə yol verdikləri nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görmədiyinə görə Sialə Rüstəmovanın bundan sonra Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisinin vəzifəsini icra etməsi məqsədəuyğun sayılmayıb.

Müddəti başa çatdığı nəzərə alınaraq kollegiyanın qərarına əsasən S.Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

İdarənin aparıcı baytar həkimi Emil Zinharov tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilməsi barədə Sumqayıt şəhər Baytarlıq İdarəsinə müvafiq tapşırıq verilib.

İşdə yol verdiyi nöqsanlara görə Sumqayıt şəhər Baytarlıq İdarəsinin 2 saylı Baytarlıq-sanitariya laboratoriyasının direktoru Əkrəm Ağayev tutduğu vəzifədən azad edilib, həmin laboratoriyanın laborantı Sədulla Qurbanova isə şiddətli töhmət elan olunub.

Kollegiya iclasında Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış ilkin materialların Sumqayıt şəhər prokurorluğuna göndərilməsi barədə müvafiq qərar qəbul edilib.

Facebook Şərhləndirmə:

“Sumqayıtda idarə rəisi işdən çıxarıldı” yazısına 5 cavab

  1. Ruslan deyir:

    Birinci defedir ki esidirem Sumqayitda bele bir idare olub.

  2. Elmir Hacıyev deyir:

    Sumqayitda cixarilasi bir nece idare reisi var. Yeqin ki vaxti catanda Zakir muellim onlari da evezleyecek.

  3. Murad deyir:

    Onlarin isi ancaq pul yiqmaq idi. Ciddi isleseler seherde et kesimi yerlerinde ne qeder noqsanlar askarlayardilar.

  4. Eli deyir:

    Sumqayitxeber.com da evveller yaxsi arasdirma yazilar olurdu, tenqidi yazilar olurdu. Yaxsi olar ki yene noqsanlari uze cixardasiniz. Seher rehberi de islemeyen idare reislerini gorsun. Saytinizda sorgular yerlesdirirsiniz, bu yaxsidir. Yaxsi olar ki orda muxtelif movzularda sorqular yerlesdiresiniz islemeyen qurumlari mueyyenlesdiresiniz.

  5. Vuqar deyir:

    Sumqayitda baytarliq idaresi de varmis) Birinci defedir esidirem.

Şərhinizi yazın