Menu
Geri İrəli

Sumqayıtda iki avtomobil toqquşdu, baş verən yanğında bir nəfər ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2013 • Baxış sayı: 170 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhərində vətəndaşa məxsus “Niva” markalı minik avtomobilinin digər vətəndaşa məxsus “Subaru” markalı minik avtomobili ilə toqquşması nəticəsində yanğın hadisəsi baş verib.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə “Niva” markalı minik avtomobilinin sürücüsü müxtəlif bədən və yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.

Hadisə zamanı “Niva” markalı avtomobildə olan sərnişin 1958-ci il təvvəllüdlü Novruzov Yaşar Novruz oğlunun meyiti aşkar olunub.

Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın