Menu
Geri İrəli

“Sumqayıt”da iki ciddi itki

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2013 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt” Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində doğma azarkeşləri qarşısında “Simurq”la qarşılaşacaq.

Korner.az-ın məlumatına görə, bu səbəbdən Aqil Məmmədovun komandası hazırlığını davam etdirir. Əsas millinin heyətində yer alan Anar Nəzirov, Vurğun Hüseynov və Pərdis Fərcad-Azad, U-21-in düşərgəsində olan Slavik Alxasov, Kərim Diniyev, Elşən Abdullayev və Nurlan Novruzov hazırlığa nisbətən gec qoşulacaq.

Bir müddət əvvəl zədə alan alan Bəxtiyar Həsənalızadə hələ ki müalicə olunur. Həmçinin əvəzedici komandanın son oyunun zədələnən Ruslan Nəsirli də bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, “Sumqayıt” hazırlıq məqsədi ilə noyabrın 16-da “Şəfa” stadionunda “İnter”lə yoxlama oyunu keçirəcək.
- See more at: http://korner.az/v2/xeber/14310/#sthash.FVaemtE4.dpuf

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın