Menu
Geri İrəli

Sumqayıtda “İKT sektorunda karyera” mövzusunda seminar keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2015 • Baxış sayı: 519 dəfə • Şərh yoxdur

“Reduco Run” Karyera və Şəxsi İnkişaf Mərkəzi 6 dekabr tarixində “İKT sektorunda karyera” mövzusunda növbəti seminarını təşkil edir.

14491326475312344744_750x500Seminar Ülvi Aslanovun təqdimatında keçiriləcək.

Təlimçi haqqında:
Ülvi Aslanov Yüksək Texnologiyalar Parkında Layihələrə dəstək, Elmi Potensial şöbəsinin rəisi olaraq çalışır. O həmçinin dövlət dəstəkli ən böyük Biznes İnkubasiya Mərkəzinə rəhbərlik edir.
YTP-na qoşulmadan əvvəl Ülvi Aslanov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində layihələr üzrə web komanda lideri olaraq çalışıb.
O eTohum Azərbaycan, Baku Startup Weekend, Startup Azərbaycan və bir sıra digər yerli və beynəlxalq layihələrin təşkil olunmasında müstəsna rol almışdır. O, həmçinin online xidmət və e-ticarətdə sahibkarlıq sahəsində təcrübəyə sahibdir.

Qeyd edək ki, təlimçi Türkiyənin Orta Şərq Texniki Universitetində (METU) mühəndislik ixtisası üzrə təhsil alıb.

Təlimin Detalları:
Tarix: 6 dekabr
Saat: 15:00: 17:00
Seminara giriş: ÖDƏNİŞSİZ
Qeydiyyat üçün əlaqə vasitələri:
Tel: +994186480808
+ 994 50 375 06 66
Ünvan: Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsi, 211/1

Facebook Şərhləndirmə:

Şərhinizi yazın