Menu
Geri İrəli

Sumqayıtda “İlham Əliyev – 10 il hakimiyyətdə” kitabının təqdimatı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2013 • Baxış sayı: 332 dəfə • Şərh yoxdur
Share Button

kitabSumqayıt Tarix Muzeyində “İlham Əliyev – 10 il hakimiyyətdə” kitabının təqdimatı olmuşdur. Yüksək poliqrafik səviyyədə tərtib edilmiş kitab Sumqayıt İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşəbbüsü və təşkilatı dəstəyi ilə nəşr olunmuşdur.

Kitabda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar, ölkəmizin müstəqil daxili və xarici siyasəti, Azərbaycanın regionda və dünyada rolu barədə ətraflı söhbət açılan məqalələr toplanmışdır. Məqalələrin müəllifləri dövlət məmurları, Milli Məclisin deputatları, alimlər, müəssisə rəhbərləri, Sumqayıt ictimaiyyətinin nümayəndələridir.

Kitabda toplanmış materiallar Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 10 il ərzində fəaliyyətinin hərtərəfli araşdırılmasının və dərin təhlilinin nəticəsidir. Ölkəmizin inkişaf dinamikasını əks etdirən faktlara və rəqəmlərə əsaslanan materiallar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin ardıcıl surətdə və parlaq şəkildə həyata keçirdiyi Azərbaycan inkişaf modelinin əsaslı olmasını inandırıcı şəkildə təsdiq edir.

Təqdimat mərasimində Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatları – tanınmış yazıçı-publisist Elmira Axundova, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və professor Musa Qasımlı, Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər Təşkilatının sədri Asif İmaməliyev və başqaları çıxış etmişlər.

Onlar qeyd etmişlər ki, bu 10 ilin hər biri böyük zəfərlər və nailiyyətlər ili olmuşdur. Azərbaycan sürətlə inkişaf edir. Müsbət irəliləyişlər regionlardan da yan keçməmişdir. Dünya miqyaslı siyasi xadim İlham Əliyevin əməyi və istedadı sayəsində Azərbaycan bu müddətdə bütün sahələrdə böyük tərəqqi yolu keçmiş, ölkəmiz dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir.

Natiqlər onu da qeyd etmişlər ki, ötən 10 il ərzində Azərbaycanda turizm formalaşmış və inkişaf etmiş, informasiya-kommunikasiya sektoru iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmişdir. Doğma yurdlarını tərk etməyə məcbur olmuş həmvətənlərimizin həyat şəraitində baş vermiş dəyişikliklər barədə də söhbət olmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan borcalan ölkədən kreditor ölkəyə, dünyanın bir sıra ölkələrində sanballı sərmayələr qoyan dövlətə çevrilmişdir. Bütün çıxışların ana xətti “Qurucu İlham” fikri olmuşdur.

Tədbirin sonunda iştirakçılara “İlham Əliyev – 10 il hakimiyyətdə” kitabının nüsxələri təqdim edilmişdir.
Qeyd edək ki, bu kitab oxucuların, o cümlədən xarici oxucuların Azərbaycanın necə geniş inkişaf etməsini qiymətləndirmələrinə imkan verəcək, Azərbaycanın bu dövrü haqqında məlumat almaq istəyən gələcək nəsillər üçün yaxşı baza olacaqdır.

AzərTAc, Ətrabə Rzayeva

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın