Menu
Geri İrəli

Sumqayıtda ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2014 • Baxış sayı: 604 dəfə • Şərh yoxdur
Share Button

4220Aprelin 18-də Sumqayıtda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

AzərTAc xəbər verir ki, yığıncaqda 2014-cü ilin birinci rübündə Sumqayıtın sosial-iqtisadi inkişafının artan templə davam etdiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, bu müddətdə şəhər həyatının bütün sahələrində uğurlar əldə olunmuş, insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmiş bir çox infrastruktur layihələr, abadlıq və quruculuq işləri həyata keçirilmişdir.

2014-cü ilin birinci rübü ərzində şəhər üzrə məhsul istehsalı və xidmətlər buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artmışdır. Cari ilin əvvəlindən şəhərin sənaye müəssisələrində məhsul istehsalının həcmi 118 milyon manatdan çox olmuşdur. Sosial-iqtisadi sahədə çalışan işçilərin orta aylıq əmək haqqı 480 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artım deməkdir. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 15 milyon manatdan çox investisiya yönəldilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində hamısı daimi olmaqla 900 yeni iş yeri yaradılmışdır.

İclasda Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq Sumqayıtda müasir istehsal sahələrinin istifadəyə verilməsi haqqında geniş söhbət açılmışdır. Dövlətimizin başçısının cari il fevralın 25-də Sumqayıta səfəri zamanı bir sıra yeni müəssisələrin açılışında iştirak etdiyi vurğulanmışdır.

Bildirilmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sumqayıt şəhəri üzrə 16 bənddən ibarət genişmiqyaslı tədbirlərin icrası müəyyən edilmişdir. Şəhərin sənaye sahəsinin inkişafı istiqaməti üzrə Sumqayıt Kimya Sənaye Parkı çərçivəsində işlərin davam etdirilməsi, neft-kimya və digər sənaye sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən karbamid istehsalı zavodunun tikintisinin, şəhərdə abadlıq-quruculuq işlərinin, yol infrastrukturunun təkmilləşdirilməsinin və elektrik enerjisi təminatının, istilik və qaz təchizatının, rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması müəyyən olunmuşdur.

Bununla yanaşı, şəhərin təhsil və səhiyyə müəssisələrinin, mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, o cümlədən 6, 7, 11, 12 və 18 nömrəli orta məktəblərin, orta ümumtəhsil internat məktəbinin, 6, 39 və 66 nömrəli körpələr evi-uşaq bağçalarının, idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi, o cümlədən Gənclər Evinin inşası nəzərdə tutulmuşdur.

İclasda rüb ərzində şəhərdə aparılan genişmiqyaslı tikinti, quruculuq, abadlıq, yaşıllaşdırma, təmizlik işləri, telekommunikasiya və nəqliyyat xidmətləri haqqında da məlumat verilmişdir.

Hesabat məruzəsi ətrafında çıxış edənlər bu ilin birinci rübündə şəhərdə sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan söhbət açmış, mövcud problemlərlə bağlı təkliflərini bildirmişlər.

Sonda hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın