Menu
Geri İrəli

Sumqayıtda ilk dəfə: peşəkarlar arasında reytinq və kəmər döyüşləri

Müəllif: sumqayitxeber.com • Tarix: 31 May 2016 • Baxış sayı: 1,103 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər İcra Hakimiyyətinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə 29 may 2016-ci il tarixində Sumqayıt şəhərində 28 May – Respublika gününə həsr edilmiş kikboksinq üzrə  “Azərbaycan kəməri” uğrunda peşəkarlararası turnir keçirilib.

Yarışda Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, millət vəkilləri Fuad Muradov, Adil Əliyev, Tahir Mirkişili, Ülvi Quliyev, Mahir Abbaszadə, Kamran Nəbizadə, Elşad Həsənov, Aydın Hüseynov, Mirzəcan Xəlilov, Azər Badamov, Eldəniz Səlimov, Rəşad Mahmudov iştirak edib.

Sumqayıt Şəhər Olimpiya Kompleksində keçirilən peşəkarlar arasında kikboksinq üzrə reytinq və kəmər döyüşlərində ümumilikdə 14 idmançı rinqə çıxıb.

Reytinq döyüşlərində Əsgər Rəhimov, Amid Hüseynov, Rauf  Nəcəfov, Arzuman Qədimov, kəmər döyüşündə Anar Məmmədov, kəmər müdafiəsində isə Ramal Aslanov və Nahid Əsədov qalib gəlib.

Yarış İdman Azərbaycan kanalı tərəfindən canlı yayımlanıb.

DSC_0046

DSC_0077

DSC_0021

DSC_0088 DSC_0091 DSC_0103 DSC_0116 DSC_0121 DSC_0129 DSC_0153 DSC_0171 DSC_0185 DSC_0202 DSC_0208 DSC_0214 DSC_0223 DSC_0230 DSC_0239 DSC_0248 DSC_0252 DSC_0260 DSC_0262 DSC_0264 DSC_0265 DSC_0268 DSC_0290 DSC_0296

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın