Menu
Geri İrəli

Sumqayıtda illərdir həllini gözləyən problem həll olunur – VİDEOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2017 • Baxış sayı: 1,029 dəfə • Şərh yoxdur
Share Button
kanal3Sumqayıt şəhərində həllini gözləyən problemlərdən biri də “Acıdərə” kanalı ilə bağlı idi.
İllərdir buraya yeraltı və kanalizasiya suyu axıdılıb. Kanalın üzəri açıq olduğundan ətrafı dözülməz üfunət iyi bürüyür, sakinlərin haqlı narazılığına səbəb olurdu. Bundan başqa axan su günbəgün torpağı yuymaqla məcrasını da genişləndirmişdir.
 Bu ətraf mühitin məhv olması ilə yanaşı orada yaşayan 20 mindən çox insanın həyatı üçün təhlükə mənbəyi olmuşdur.
Uzun illərdir bu problemin həllini gözləyən sakinlərə şad xəbərimiz var. Artıq sözügedən kanalın qapalı sistemə keçirilməsi istiqamətində işlərə başlanılıb. Layihə ilin sonuna kimi başa çatdırılacaq.
Bununla yanaşı 20 minə yaxın sakinin yaşadığı ərazidə kanalizisiya sistemi yaradılacaq. Bu da mövcud problemin birdəfəlik həllinə gətirib çıxaracaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın