Menu
Geri İrəli

Sumqayıtda incəsənət məktəblərində silsilə tədbirlər keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Dekabr 2015 • Baxış sayı: 356 dəfə • Şərh yoxdur

1450870623_add

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarsəinin mətbuat xidmətindən sumqayitxeber.com-a verilən məlumata görə General Cəmşid Naxçıvanskinin 120 illik yubileyi münasibətilə S.Rüstəmov və Ə.Bakıxanov adına uşaq incəsənət məktəblərində silsilə tədbirlər keçirilib.

S.Rüstəmov adına UİM-də keçirilən tədbirdə generalın həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Daha sonra məktəbin müəllim və şagirdlərindən ibarət qarmonçalanlar, skripkaçılar, xalq çalğı alətləri anambllarının, xor kollektivinin çıxışı maraqla dinlənilib. Eləcə də müxtəlif musiqi aələtlərində Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət solo ifalar, rəqs nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov iştirak edib.

Ə.Bakıxanov adına UİM-də keçirilən tədbirdə də məktəbin şagird və müəllimlərindən ibarət kollektivi konsert proqramı ilə çıxış edib.

Tədbirdə iştirak edən Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edərək kollektivə konsert proqramına görə təşəkkürünü bildirib.

O qeyd edib ki, Sumqayıtda son aylarda aparılan tikinti və quruculuq işləri daha geniş vüsət alıb. Belə ki, yolların genişləndirilməsi, yeni asfalt örtüyünün çəkilməsi, dam örüklərinin yenilənməsi, uşaq bağçalarının istilik sistemi ilə təminatı, yaşıllıq zonalarının artırılması və dənizkənarı parkda bulvar salınması ilə bağlı görülən işlər bizi həvəsləndirməyə bilməz. Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bilavasitə rəhbərliyi ilə görülən işlər artıq mədəniyyət sahəsinə də sirayət etməkdədir. Belə ki, şəhərimizdə bir sıra yeni mədəniyyət obyektlərinin tikilməsi və bir neçəsinin əsaslı təmiri nəzərtə tutulub. Musiqi məktəbləri, Dövlət Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi üçün yeni binaların inşa edilməsi məqsədilə artıq müəyyən addımlar atılıb. Biz mədəniyyət işçiləri də bu yeniliklkərdən kənarda qalmamalı, görülən işlərə öz töhvəmizi verməli, şəhərimizi və ölkəmizi layiqli şəkildə təmsil edə biləcək istedadların üzə çıxarılmasına çalışmalıyıq. Unutmamalıyıq ki, bu məsuliyyət bizim hər birimizin üzərinə düşür.

sumqayitxeber.com

1450870580_aqq 1450870621_aa

Facebook Şərhləndirmə:

Şərhinizi yazın