Menu
Geri İrəli

Sumqayıtda “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2016 • Baxış sayı: 530 dəfə • Şərh yoxdur

14612583724469938456_1000x669

Sumqayıt Dövlət Universitetində (SDU) “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbir Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası, Təhsil Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.

SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, universitetin rektoru, professor Elxan Hüseynov belə tədbirlərin təşkilinin əsas məqsədinin gənclərin ümumbəşəri problemə çevrilmiş insan alveri ilə bağlı maarifləndirilmələri olduğunu qeyd edib və bu cür halların müəyyənləşdirilməsi üçün monitorinq işlərinin aparılmasının vacibliyini vurğulayıb.

Tədbirdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Orxan Səfərov, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, təşkilatın nümayəndəsi Sevda Məmmədova, “Qadın Təşəbbüsü və sosial problemlərin həllinə yardım” ictimai birliyinin rəhbəri Zemfira Mustafayeva insan alverinin ağır nəticələri, insan alverinə qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri barədə, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdilər.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Teymur Səmədov mövzunun əhəmiyyətindən və aktuallığından danışıb.

Qeyd edilib ki, İcra Hakimiyyətinin xətti ilə mütəmadi olaraq gənclər arasında bu kimi maarifləndirici işlər yüksək səviyyədə aparılır. Son zamanlar Sumqayıtda genişmiqyaslı quruculuq, abadlıq işləri sürətlə aparılır, gənclərimizin sosial-rifah halının yaxşılaşdırılması üçün yeni iş yerləri açılır, onların asudə vaxtlarının səmərəli keçməsi və zərərli vərdişlərdən uzaq olmaları məqsədilə müxtəlif istirahət mərkəzləri inşa edilir.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Sonda tədbir iştirakçılarına mövzuya aid bukletlər paylanılıb.

1461258372495881805_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın