Menu
Geri İrəli

Sumqayıtda “İnsan alverinin qurbanına çevrilməyək” tədbiri

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2015 • Baxış sayı: 568 dəfə • Şərh yoxdur

insan alveri2İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının müvafiq bəndlərinin icrası məqsədilə insan alveri qurbanları və dövlət himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədilə onlara sosial- hüquqi məsləhət yardımı göstərilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıt şəhərində tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, mövzu ilə bağlı qısa-metrajlı filmlərin nümayişi ilə açılan tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bektaşi, İnsan alverinə qarşı Mübarizə Baş İdarəsinin Baş əməliyyat müvəkkili polis-mayoru Fizuli Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Lalə Hacıyeva, digər əlaqədar qurumların nümayəndələri iştirak etmiş, insan alverinin insanların həyatına olan fiziki, psixoloji təhlükəsindən bəhs ediblər.

Çıxış edən şəxslər xüsusilə qadın və uşaqların insan alveri qurbanı olması riskindən danışmış, bu cür istismar olunmaqdan qorunmağın yolları barədə tövsiyələr veriblər.

Qeyd edək ki, tədbirdə “İnsan alverinin qurbanına çevrilməyək” adlı təqdimat olunmuş, mövzu ətrafında müzakirələr aparılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın