Menu
Geri İrəli

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində növbəti görüş keçirilib – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2016 • Baxış sayı: 589 dəfə • Şərh yoxdur

1465473155_d81eff86-5076-455e-902f-e9288495fdcfSumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Gənclər Evinin akt zalında Prokurorluğu, idman ictimaiyyəti inümayəndələrinin, müxtəlif sahələri təmsil edən ictimai fəal gənclərin iştirakı ilə 18 – İyun “Azərbaycanda Milli İnsan Hüquqları” gününə həsr edilmiş növbəti görüş keçirilib.
Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması və məhz bu tarixin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycanda “Milli İnsan Hüquqları günü” elan olunduğunu bildirmiş, Respublikada uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlər haqqında məlumat vermişdir. Teymur Səmədov çıxışının sonunda iştirakçıları 15 İyun Milli Qurtuluş günü münasibətilə təbrik etmiş bu günün böyük ictimai, siyasi, tarixi əhəməiyyət kəsb etdiyini Ümumilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini özünə qaytardığını vurğulamışdır.
Şəhər Gənclər və İdman Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov,  Sumqayıt şəhər Prokurorunun köməkçisi Elşad Cəbrayılov və Sumqayıt Dövlət Universitetinin tələbəsi Fəqan Səfərəliyev çıxışlarında 18 may – 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində hər il sistemli şəkildə maarifləndirici xarakterli görüşlərin keçirildiyini, gənclərin hüquqi düşüncəsinin, mədəniyyətinin inkişaf etdirilməsinə, hüquqlarının bilməsinə və müdafiəsinə töhfə verilməsi olduğunu, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsində səmərəliliyin artırması sahəsində Milli Fəaliyyət Proqramının uğurlu icrasından danışmışlar.
Sonda iştirakçılara Baş İdarə tərəfindən hazırlanmış insan hüquq və azadlıqları haqqında ilkin məlumatları özündə əks etdirən videoçarx nümayiş olunmuş, bukletlər paylanılmışdır.

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində növbəti görüş keçirilib - FOTO

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində növbəti görüş keçirilib - FOTO

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində növbəti görüş keçirilib - FOTO

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində növbəti görüş keçirilib - FOTO

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində növbəti görüş keçirilib - FOTO

Facebook Şərhləndirmə:

Şərhinizi yazın