Menu
Geri İrəli

SUMQAYITDA İNSAN HÜQUQLARI ÜZRƏ TƏLİM

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyun 2009 • Baxış sayı: 375 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “İnsan Hüquqları aylığı” çərçivəsində 06 iyun 2009-cu il tarixində “Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin binasında tələbə gənclər üçün insan hüquqları ilə bağlı təlim keçirilib.

Təlimdə çıxış edən Baş İdarənin Gənclərlə iş üzrə şöbəsinin rəisi Rüstəm Sadıqzadə tədbirin məqsədi barədə məlumat verərək insan hüquqları sahəsində gənclərin maarifləndirmə işlərinin davam edəcəyini bildirdi.
Sonra Gənclərlə iş üzrə şöbənin aparıcı məsləhətçisi İsmayıl Kərimov təlimlərə davam etdi. Təlimdə insan hüquqlarının əsas məqamları, prinsipləri və insan hüquqları sahəsində dünyada hal-hazırda aktual olan pozuntular interaktiv metodlar və simulativ oyunlarla işitrakçılara çatdırıldı. Maraqlı və diskussiya şəraitində keçən təlimdə iştirakçıları narahat edən suallara da cavab verildi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın