Menu
Geri İrəli

Sumqayıtda İnternetin imkanları müzakirə olunacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Yanvar 2010 • Baxış sayı: 399 dəfə • 1 şərh

generic_internet_user_02İREX təşkilatının Sumqayıt İcma Məlumat mərkəzinin təşkilatçılığı ilə 29 yanvar tarixində “İnternetin imkanları” mövzusunda tədbir keçiriləcək. Mərkəzin administtratoru Günel Rəcəbovanın verdiyi məlumata görə tətdbirdə “İnternetin imkanları və istifadə qaydaları. İnternet nədir? Oyun oynanan, çatlaşan məkandır yoxsa eyni zamanda geniş bir məlumat portalıdırmı?” mövzuları və iştirakçıları maraqlandıran məsələlər müzakirə olunacaq.

G.Rəcəbova “sumqayitxeber.com” saytına açıqlamasında bildirib ki, tədbirdə arzu edən hər bir kəs iştirak edə bilər: “Məqsədimiz Sumqayıt şəhərində internet istifadəçilərinin sayını artırmaq və istifadəçilərin internetdən səmərəli istifadə etməsinə yardımçı olmaqdır. Bildiyiniz kimi bu gün internedən düzgün istifadə etməyən insanlar var. Biz çalışırıq ki, istifadəçilər internetdən səmərəli istifadə etsinlər.Mərkəzimizdə bu cür tədbirlər tez-tez keçirilir. Biz müxtəlif sahələrdə ekspertlər dəvət edirik və müzakirələr aparırıq. Bu tədbirdə isə ekspert qismində Potensial Sumqayıt Mütəxəssislər Birliyinin İnformasiya Texnologiyaları üzrə mütəxəssisi və sumqayitxeber.com saytının baş redaktoru Eyvaz Qocayevdir.”

Qeyd edək ki, İREX təşkilatının Sumqayıt İcma Məlumat mərkəzinin təşkil etdiyi tədbir  Sumqayıt şəhəri, Azərbaycan prospekti 6, 12 saylı uşaq kitabxanasında 29 yanvar saat 15:00- 16:00  tarixində keçiriləcək. Mərkəzlə əlaqə saxlamaq istəyən şəxslər (018) 64 5 66 12  zəng edə bilərlər.

Facebook Şərhləndirmə:

“Sumqayıtda İnternetin imkanları müzakirə olunacaq” yazısına bir cavab

  1. Emiliya deyir:

    Bu tedbirde ishtirak etmek lazimdir mence cox vacibdir . Mene ele gelir ki, internet haqqinda tedbirler tez-tez kecirilmelidir cunki coxlarinin internet haqqinda tesevvurleri yalnishdir ve duzgun istifade etmeyi bacarmirlar

Şərhinizi yazın