Menu
Geri İrəli

Sumqayıtda işaxtaranların CV bankı yaradılır – SİZ DƏ CV GÖNDƏRİN

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Dekabr 2015 • Baxış sayı: 1,256 dəfə • 1 şərh
Share Button

Businesswoman holding her curriculum vitaeSumqayıtda ilk dəfə pulsuz professional təlimlər təşkil edən “Reduco Run” Karyera və Şəxsi İnkişaf Mərkəzi Sumqayıt gənclərinin vahid CV bankını – məlumat bazasını yaradır. İş axtaran, məşğulluq problemi ilə üzləşən və ya karyerasını inkişaf etdirmək istəyənlər CV-sini Mərkəzə təqdim edə bilər. Mərkəz işaxtaranlarla yanaşı işçi axtaran dövlət və özəl qurumlar haqqında da məlumat bazası yaradır.
“Reduco Run” Karyera və Şəxsi İnkişaf Mərkəzinə müraciət edən şəxslərin bilik və bacarıqlarının artırılması məqsədi ilə artıq bir ilə yaxındır ki, ayrı-ayrı istiqamətlər üzrə treninqlər, seminarlar həyata keçirilir. CV bankına toplanmış informasiyalara əsasən Mərkəz tərəfindən yeni təlim Proqramı müəyyən ediləcək, iş axtaranların tələbatına uyğun olaraq təlimlər təşkil ediləcək.
CV bankının yaradılmasında məqsəd gənclərin karyera hədəflərinə uyğun olaraq bilik, bacarıq və vərdişlərinin artırılması, onlara məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, informasiya, təlim və konsaltinq xidmətlərinin göstərilməsidir. Mərkəzə təqdim olunan CV-lər karyera hədəfinə uyğun olaraq dövlət və özəl qurumlara yönləndiriləcək.

Qeydiyyat üçün əlaqə vasitələri:
E-mail: run@reduco.az
Tel: +994186480808
+ 994 50 375 06 66
Ünvan: Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsi, 211/1

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda işaxtaranların CV bankı yaradılır – SİZ DƏ CV GÖNDƏRİN” yazısına bir cavab

  1. İlkin deyir:

    Salam tecili iw axtariram ne iw olur olsun afsiant paketci satici fehle muhavizeci ne iwi olur olsun 25 yawim var ibadet ehliyem xaiw iwe cox ehtiyacim var evdem xestem var xaiw iwci axtaranlardan elaqe saxlasinlar 0553405464

Şərhinizi yazın