Menu
Geri İrəli

Sumqayıtda istehsalatda fərqlənən kimyaçılar təltif olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Fevral 2014 • Baxış sayı: 476 dəfə • Şərh yoxdur

3Fevralın 10-da “Azərikimya” İstehsalat Birliyinin akt zalında istehsalatda fərqlənən bir qrup kimyaçının təltif olunması münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov açaraq, kimyaçılara yaradılmış normal və təhlükəsiz iş şəraitindən, onlara göstərilən diqqət və qayğıdan danışmışdır. Birliyin Baş mühəndisi, İcraşı direktorun birinci müavini Firudin Mustafayev yola saldığımız 2013-cü ildə görülmüş işlərdən, “Sənaye ili” elan edilmiş 2014-cü ildə reallaşdırılması nəzərdə tutulan layihələrdən və qarşıda duran vəzifələdən söhbət açmışdır.
“Azərikimya” İstehsalat Birliyinin rəhbərliyi əmək göstəricilərinə görə fərqlənən bir qrup işçini – Etilen-polietilen zavodunun su təchizatı, susoyutma və kanalizasiya cexinin təmirçi-cilingərləri Soltan Zülfüqarovu, Elbrus Hüseynovu, Surxay Məmmədovu, həmin zavodun texnoloji avadanlıqların təmiri sexinin işçisi Bəhrəm Qasımovu, Birliyin Təmir Tikinti idarəsinin 2 Saylı Mexaniki-quraşdırma sexinin əməkçiləri Natiq Məmmədovu, Elşad Əliyevi, Mehman Rəsulovu, Telman Sehranovu, həm¬çinin Nəqliyyat və Xüsusi texnika İdarəsinin ekskvator sürücüsü Həsənağa Məmmədovu Fəxri diplom və pul mükafatlatı ilə təltif etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın