Menu
Geri İrəli

Sumqayıtda isti geyim aksiyası başa çatdı

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Dekabr 2015 • Baxış sayı: 573 dəfə • Şərh yoxdur

«Azərikimya» İB-də «Mərhəmətli olmağa tələsin!» devizi altında keçirilən növbəti xeyriyyə aksiyasına yekun vurulub.

SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin Respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi ilə birgə keçirdiyi «Mərhəmətli olmağa tələsin!» devizi altında növbəti xeyriyyə aksiyasına yekun vuruub.
Birliyin akt zalında keçirilən tədbirdə çıxış edənlər beş ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın əsas qayəsinin ehtiyacı olan uşaqların isti qış geyimləri ilə təmin olunmasına yardımçı olmaq, onların uşaq dünyasına yeni rəng qatmaq olduğunu vurğulamışlar. Məlum olmuşdur ki, bir ay davam edən aksiyaya “Azərikimya” İB, Sumqayıt Dövlət Universiteti, “Xəzər” Səhmdar Cəmiyyəti, “Karbamid” zavodu, Alyans Tekstil, “Azərtexnolayn” MMC, “Paşa Həyat” sığorta şirkəti, ”Bismak” Qida-Sənaye müəssisəsi, “Sumqayıt” Peşəkar Futbol Klubu, “Delta Qrup”, Sumqayıt Sukanal İdarəsi, “Rahat” marketlər şəbəkəsi də daxil olmaqla 15-ə qədər idarə və müəssisə, həmçinin fərdi sahibkar qoşulmuşdur.
Tədbirdə aztəminatlı ailələrin övladları olan 200-ə yaxın məktəbliyə təzə isti qış geyimləri – palto, papaq, ayaqqabı və s. paylanılmış, sağlamlıq imkanları məhdud olan uşaqlara isə geyimlər onların yaşadıqları ünvanda çatdırılıb.
Respublika «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova tərəfindən aksiyada fəal iştirakı ilə seçilən idarə və müəssisələrin nümayəndələrinə “Təşəkkürnamə”lər təqdim olunub.
«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış edərək bu xeyirxah təşəbbüsə qoşulan idarə və müəssisə rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdar¬lığını ifadə etmiş, tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edərək, onlara müvəffəqiyyətlər arzulayıb.

10154069_1027522127271053_1329848891466381231_n 12360037_1027522147271051_5905121888102955764_n (3) 12360173_1027522583937674_2110687493447218969_n 12390992_1027525607270705_3164641342096137672_n 12391283_1027522367271029_8635458313567315732_n 12391283_1027522600604339_5929595448829034942_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın