Menu
Geri İrəli

Sumqayıtda İT mütəxəssis axtarılır – VAKANSİYA

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2015 • Baxış sayı: 1,127 dəfə • Şərh yoxdur

at mutexessis“Vijn Fond AzərKredit” MMC Sumqayıt filialına İT mütəxəssis vəzifəsinə işçi qəbulunu elan edir.

“Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır.

Biz İT / MİS komandamıza qoşulmaq üçün Sumqayıt filialına İT mütəxəssisi axtarırıq.

Biz rəqabətə davamlı əmək haqqı və müavinətlər paketi və o cümlədən, maraqlı və müxtəlif iş mühiti təklif edirik.
İş yeri AzərKreditin Sumqayıt filialında olacaq. Şimal-Şərq Regionunun filiallarına texniki dəstəyin təmin edilməsi üçün Sumqayıt, Qaradağ, Lökbatan, Şabran, Şamaxı, Xaçmaz və Guba regional ofislərinə planlı və ya təcili ezamiyyətlər nəzərdə tutulur.

İş rejimi Bazar ertəsindən Cümə günü də daxil olmaqla, 09:00-dan 18:00-dək olacaq.

Əsas vəzifə və öhdəlikləri:

• Kompüterlərin, şəbəkə və başqa ofis avadanlığın texniki xidmətinin, şəbəkə və İnternet xidmətlərinin, hardware və software, periferik və printer avadanlığın təhqiqi;
• Regional ofislərdə şəbəkə və internet infrastrukturun quraşdırılması, ofis avadanlığının təmirini və təhqiqini təmin etmək;
• Microsoft Windows OS, Microsoft Office, antivirus sistemlərinin, brandmauerın quraşdırılması;
• Ofis şəbəkəsinin antivirus və spam müdafiəsinin qurulmasını, etibarlı antivirus müdafiəsinə zəmanət vermək üçün gündəlik antivirusun bazalarının yenilənməsini təmin etmək;
• Microsoft Windows OS, Microsoft Office proqramlarının, elektron poçt proqramlarının istifadə qaydaları üzrə istifadəçilərin təlimatlandırmasında kömək etmək;
• Regional ofislər üçün İT administrasiyası, istifadəçi dəstəyini idarə etmək və məsləhət vermək, İT sistemləri, data back-up sistemi və İT təhlükəsizliyi üzrə istifadəçiləri təlimatlandırmaq;
• Regional ofislər üçün İT layihələrinin yerinə yetirməsində iştirak etmək;
• İT səfərləri və İT tapşırıqları haqqında İT/MİS Departamentinin Direktoruna məlumat vermək (elektron poçt vasitəsilə);
• İT/MİS Departamentinin rəhbəri, İdarə Heyəti tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
• Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Ali təhsil dərəcəsi;
• Müvafiq sahədə ən azı 1 il təcrübə;
• Windows OS biliyi, MS Office proqramlarını və elektron poçt sistəmlərini yaxşı bilmək;
• Şəbəkə and Internet avadanlıq və xidmətlərinin biliyi, Ethernet texnologiyalarının, NAT, rutinq protokollarının, brandmauer sistemlərinin, kənardan administrasiyanın metodlarının, WAN, LAN, VPN/IP Sec biliyi;
• Hardware və software-in təhqiqi, periferik and printer məsələlərinin həlli sahəsində bilik və təcrübə;
• Ölkə daxilində keçirilən İT tədbirlərində və tələb olunduğu halda müxtəlif təlimlərdə iştirak etmək imkanı;
• Bir neçə tapşırığı idarə edə bilmək və gərginlik altında işləyə bilmək;
• Azərbaycan və ingilis dillərini (yazılı və danışıq) yaxşı bilmək, rus dilini də bilməsi arzuolunandır;
• Yaxşı şəxsi keyfiyyətlər, komanda işi bacarıqları;
• Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri 30 Aprel 2015-ci il tarixinədək e-mail (resume@azercredit.az) (mövzu hissəsində ‘Sumqayıt filialına İT mütəxəssis’göstərin) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: resume@azercredit.az  Fax: (+994 12) 597 30 39   www.azercredit.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın