Menu
Geri İrəli

Sumqayıtda ixtisaslaşdırılmış mini-əmək yarmarkası keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Oktyabr 2010 • Baxış sayı: 237 dəfə • 1 şərh

Son dövrlərdə Məşğulluq Xidməti orqanlarında işaxtaran vətəndaşlarla işəgötürən müəssisələr arasında əlaqələrin yaxınlaşdırılması istiqamətində görülən tədbirlər sırasında mini-əmək yarmarkalarının rolu artmaqdadır. Bu sahədə aparılan tədbirlərin effektivliyini artırmaq, həmçinin əmək bazarının tənzimlənməsi, aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirinin “Əmək bazarının vəziyyətinə dair monitorinq sisteminin təkmilləşdirilməsi haqqında” 17 iyul 2010-cu il tarixli əmrindən irəli gələn müddəaların icrasını təmin edilməsi məqsədi ilə, Sumqayıtda 30 sentyabr 2010-cu ildə ixtisaslaşdırılmış mini-əmək yarmarkası keçirilmişdir.

Bu tədbir yalniz tikinti sektoruna həsr edilmişdir. Yarmarkanın əsas məqsədi Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda tikinti ilə məşğul olan işəgötürən müəssisələrin tələbatına uyğun işçilərin seçilməsi və işə götürülməsindən ibarət olmuşdur. Yarmarkaya təqdim olunmuş 400-ə yaxın boş iş yerlərində əsasən betonçu, qəlibçi, bənna, suvarçı, dülgər, santexnik, rəngsaz, elektrik və sair peşələr üzrə vakansiyalar üstünlük təşkil etmişdir. Yarmarkada 312  işaxtaran vətəndaş iştirak etmiş və onlardan 94 nəfəri müxtəlif tikinti obyektlərinə göndərişlər almışdır.

2010-cu ilin oktyabr ayının 8-də Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti “Əmək yarmarkası”nın keçirilməsi nəzərdə tutulub.

Sumqayıt Məşğulluq Mərkəzi

Facebook Şərhləndirmə:

“Sumqayıtda ixtisaslaşdırılmış mini-əmək yarmarkası keçirilib” yazısına bir cavab

Şərhinizi yazın