Menu
Geri İrəli

Sumqayıtda karton lövhə , “Zolotoe kolço“ arağı ilə Milli Şuranı elan etdilər

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyun 2013 • Baxış sayı: 289 dəfə • Şərh yoxdur

Bu foto Milli Şuranın Sumqayıt özəyinin yaranması “tədbiri” zamanı çəkilib.
hafta.az xəbər verir ki, Milli Şurada təmsil olunan Müsavat Partiyası, AXCP, AMDP, VHP və KXCP-nin Sumqayıt təşkilatlarının sədrləri Xızı rayonunda bir araya gəliblər. Görüşdə sədrlərdən Fəxrəddin Abbas, İsa Qurbanov, İlyas Abdullayev, Elmar Sadıqlı, Şakir Məmmədov və AXCP Ali Məclisinin üzvü Mahir Qulubəyli iştirak ediblər.
Masa arxasında yeyib-içən insanların əllərində Milli Şuranın Sumqayıt şəhərində də özəyinin elan olunduğunu kiçik karton üzərində göstərilib. Masanın üzərində isə “Winston” siqareti, “Zolotoe kolço” arağı və çoxlu yeməklər var. Belə ki, Milli Şura siqaretlə, araqla və kartonla elan edildi.

Murad Əhməd, hafta.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın