Menu
Geri İrəli

Sumqayıtda Karyera mövzusunda tədbir keçirildi

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 30 May 2014 • Baxış sayı: 393 dəfə • Şərh yoxdur

IMG_1219

Məlumdur ki, hər hansı təhsil müəssisəsini başa vurmuş və ya iş qabiliyyətinə malik şəxslərin ən böyük arzusu iş sahibi olmaqdır. Bu problem indiki dövrdə ən aktual sayılan problemdir. Gənclər iş axtarışı zamanı qarşılarına çıxan bu və ya digər problemlərin həlli yollarını axtarır və ya bu mövzuda onlara kömək ola biləcək şəxslərlə danışmaq istəyirlər. Bu məsələlərin  önəmliyini nəzərə alaraq 30 May 2014- cü il tarixində Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin təşəbbüsü ilə “ Düzgün peşə seçmə və uğurlu iş axtarışı” mövzusunda seminar keçirildi. Seminar şəxsi inkişaf və karyera üzrə ekspert-təlimçi, “Karyera bələdçisi” kitabının müəllifi Eyvaz Qocayev tərəfindən aparıldı.

Görüşdə Eyvaz Qocayev seminarda iştirak edən könüllü və digər iştirakçılara gələcəkdə düzgün, sağlam mövqe tutmaları istiqamətində uyğun peşə seçimi barədə istiqamətləndirici fikirlər, məsləhətlər verdi. Peşə seçimində özünü tanımanın, qiymətləndirmənin önəmi, iş axtarışı zamanı nəzərə alınmalı olan psixoloji amillər və bu prosesin mərhələləri barədə təlim iştirakçılarına məlumat verildi.

Seminar iştirakçılarının istəyi və Eyvaz Qocayevin razılığı ilə gələcək günlərdə bu mövzulu seminarların davamı gözlənilir.

 

Qızıl Aypara Cəmiyyətinin təlimatçısı Mirvari Quliyeva

IMG_1249

IMG_1240

IMG_1236

Facebook Şərhləndirmə:

Şərhinizi yazın