Menu
Geri İrəli

Sumqayıtda Karyera və Şəxsi İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyul 2015 • Baxış sayı: 651 dəfə • Şərh yoxdur

Sumqayıtda yerləşən Reduco Tədris Mərkəzinin nəzdində “Reduco Run” Karyera və Şəxsi İnkişaf Mərkəzi fəaliyyətə başlayıb.

Yeni Mərkəzin məqsədi gənclər üçün ayrı-ayrı istiqamətlər üzrə təlim və seminarların təşkili, onların iş dünyasına hazırlanması və gənclərə iş tapmaqda yardım etməkdən ibarətdir.

Artıq Mərkəzdə gənclərin iştirakı ilə ilk belə təlim keçirilib. 25 İyul tarixində “Dövlət Qulluğunda Karyera” mövzusundakı seminarda 30-dan artıq gənc iştirak edib. Seminarı İnsan Resursları üzrə ekspert Rauf Məcidbəyli aparıb. Təlimçi mövzu barədə ətraflı məlumat verib, gəncləri maraqlandıran sualları cavablandırıb.

Bundan sonrakı təlimlərdə iştirak etmək istəyən gənclər “Reduco Run” Karyera və Şəxsi İnkişaf Mərkəzi ilə əlaqə saxlaya bilər.

Ünvan: İsmət Qayıbov 211/1, Sumqayıt.

Web: http://reduco.az

Email :info@reduco.az

Əlaqə nömrələri:

+99418 656 06 67
+99418 648 08 08
+99450 375 06 66
+99470 833 11 73
 
 
 
 
Facebook Şərhləndirmə:

Şərhinizi yazın