Menu
Geri İrəli

Sumqayıtda kazino aşkarlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Fevral 2013 • Baxış sayı: 375 dəfə • Şərh yoxdur

Daxili İşlər nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində kazino aşkarlanıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə şəhər ərazisində yerləşən “Klub-555″-də, oranın icarədarı şəhər sakini Rövşən Behbudovun kazino-qumarxana təşkil etməsi müəyyən edilib.

Klubdan 13 ədəd kompüter dəsti, uduşa qoyulmuş pul və digər əşyalar götürülüb.

Araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın