Menu
Geri İrəli

Sumqayıtda keçirilən Hindistan sərgisi niyə tez başa çatdı?

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2014 • Baxış sayı: 924 dəfə • Şərh yoxdur

225_oxVo2bTCavdRSumqayıt şəhərində Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə dekabr ayının 5-dən Hindistan sərgisi keçirilirdi . “Mətanət şadlıq evində ” baş tutan sərgi dekabrın 15-dək davam edəcəyi gözlənilirdi.

 

Dekabr ayının 9-da, 17:00 dan etibarən qapıların bağlanaraq, sərginin artıq başa çatdığı haqqqda məlumat əldə etdik. Xəbəri dəqiqləşdirmək və sərginin nə üçün vaxtından əvvəl başa çatdığını öyrənmək istəyilə sərginin keçiirldiyi məkana yollandıq.

Şahid olduq ki, böyük həvəslə sərgiyə gələn iştirakçılar içəri buraxılmır. Özlərini sərginin təşkilatçılarından biri kimi təqdim edən, əslində isə daha çox qoçu kimi hərəkət edən iki gənc qapının ağzını ərəbzəngi kimi kəsdirib, durmuşdular. İçəri keçmək istəyənlərə qarşı ədəbsiz davranışları diqqətimizi çəkdi. Sonra təşkilatçılardan biri “içəridəkiləri cölə cıxarın və satışı dayandırın” deyib bağırdı. Bu zaman içəridəki qoçulardan biri də yaşlı qadını qolundan tutub güclə çölə çıxartdı. Kim olduğumuzu bildirsəkdə , bizimlə də ədəbsiz danışmaqdan çəkinmədilər.

Öyrəndik ki , sərginin tez başa çatması qərarını Hindistandan gələn nümayəndələr verib. 5 gün müddətində davam edən sərgidə satış çox zəif olduğuna görə, hindistanlı tacirlərin ticarət maraqlarına cavab vermədiyi üçün belə bir qərar verməyə məcbur olublar.

Qeyd edək ki, Hindistan sərgisi dekabrın 10-dan etibarən Bakı şəhərində “Amay” ticarət mərkəzində davam etdiriləcək.

xeberle.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın