Menu
Geri İrəli

Sumqayıtda keçirilən kitab bayramından maraqlı görüntülər

Müəllif: sumqayitxeber.com • Tarix: 13 May 2015 • Baxış sayı: 1,070 dəfə • Şərh yoxdur

Sumqayıtda Heydər Əliyev abidəsinin ətrafında Heydər Əliyevin doğum günü ilə bağlı son illər ənənəvi olaraq qeyd edilən kitab bayramı keçirilib.

350603

Ədəbiyyatı təbliğ etmək, gənc nəsildə kitaba məhəbbət aşılamaq məqsədi ilə şəhərdə ənənəvi olaraq bu səpkidə tədbirlər keçirilir. Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən tədbirdə şəhər rəhbərliyi, şəhər ictimaiyyəti və minlərlə şəhər sakini iştirak edib.

Tədbirdə   müxtəlif janrlı və məzmunlu 10 mindən çox nüsxə kitab təqdim olunub. Tərtibatın özü də informasiya-maarif xarakteri daşıyıb. Meydanda kitablarla dolu stendlər, rəflər düzülüb. Tədbirdə Sumqayıtla yanaşı paytaxtın bir çox kitab mağazaları və nəşriyyatları da təmsil olunub. Kitab bayramında Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş əsərlərə geniş yer verilib. Tədbirdə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının Qurban Səidin “Əli və Nino” əsərindən hazırladığı tamaşa bayramı daha da maraqlı edib. Bu tədbir minlərlə şəhər sakininin marağına səbəb olmaqla yanaşı onlarda kitaba olan həvəsi daha da artırıb. Bayram konsert proqramı ilə davam edib.

11165325_929791703738400_5553299788471129353_n 11205588_929791707071733_6995949593762543127_n 11269483_929791570405080_8507570344741909257_n

119624 342788  437796 922589 1625567_1059938777369035_897752846762786046_n 11167979_1059938174035762_8969512327777380940_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın