Menu
Geri İrəli

Sumqayıtda keçirilən spartakiadaya yekun vurulub

Müəllif: sumqayitxeber.com • Tarix: 22 May 2014 • Baxış sayı: 558 dəfə • Şərh yoxdur

“Azərikimya” İstehsalat Birliyinin təşkilatçılığı ilə keçirilən spartakiadaya yekun vurulub.

984090_739285402761395_7755162223629814375_nMayın 22-də “Azərikimya” İstehsalat Birliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş və 20 gün davam edən spartakiadaya yekun vurulub.
Spartakiadada idmanın ağırlıqqaldırma, kəndirdartma, futbol, voleybol və stolüstü tennis növləri üzrə “Azərikimya” İstehsalat Birliyinin təşkilatları da daxil olmaqla, tərəfdaş idarə və müəssisələrini təmsil edən 25 komanda öz gücünü sınayıb.

Peşəkar hakimlər heyəti tərəfindən idarə olunan, gərgin rəqabət və idman mübarizəsi şəraitində keçən Spartakiada boyu yüksək hazırlıq və iradə nümayiş etdirən, əzmkarlıqları ilə seçilən Sumqayıt şəhər Polis İdarəsinin, FHN Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının, Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt filialının, “Qold Palace”in və “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun, “Kimyalayihə” İnstitutunun və Təmit-tikinti İdarəsinin komandaları müxtəlif növlər uzrə mükafata layiq yerlərə sahib olmuşlar.
Komanda hesabında isə “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun ko-mandası ümumi xalların cəminə gorə birinci yerə çıxaraq, spartakidadnın mütləq qalibi elan edilmişdir. “Kimyalayihə” İnstitutunun və Sumqayıt şəhər Polis İdarəsinin komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülmüşlər.
«Azərikimya» İB-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən qalib komandalara diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Spartakiadadanın bağlanış mərasimində çıxış edən «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev mükafata layiq yerlər tutmuş komandaları təbrik etmiş, onlara yeni idman uğurları arzulamışdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın