Menu
Geri İrəli

Sumqayıtda keçmiş arvadını yandıran şəxs: “Tanımadığım adamlarla…”

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2014 • Baxış sayı: 1,499 dəfə • Şərh yoxdur

arvadini yandiran“Qulaq asdı, amma heçnə deyə bilmədi”.

Keçmiş həyat yoldaşına işgəncə verən şəxs polis tərəfindən saxlanılıb.

Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatIna görə, hadisə Sumqayıt şəhərində baş verib.

Salyanda anadan olan, saxlanıldığı günə qədər isə Sumqayıtda yaşayan 32 yaşlı Ələkbərov İsrafil Samid oğlunun təqsiri keçmiş həyat yoldaşı 30 yaşlı Həsənova Aynur Qadir qızına yanıq xəsarətləri yetirməsidir. Bütün bu əhvalatlar isə Aynur Həsənovanın yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 12/13, mənzil 14-də, özü də deyilənə görə, onların azyaşlı uşaqlarının gözü qarşısında olub.

Saxlanılan şəxs İsrafil Ələkbərov deyir ki, diktafonla səsini yazmışam, tanımadığım adamlarla danışıqlarını yazmışam” “Nahar vaxtı işdən çıxıb, binanın girişi qapısına evə qalxıb, mən də onun arxasınca evə girmişəm. Sonra diktafonun işə saldım, qulağ asdı, amma heçnə deyə bilmədi”.

Ancaq o, bununla da kifayətlənməyib.

Sumqayıt Şəhər Polis Idarəsinin Baş müstəntiqi Mehman Babayev qeyd edir ki, qısqanclıq zəminində keçmiş həyat yoldaşı Həsənova Aynur Qadir qızının – əl, ayaq və üz hissəsini skoçla bağlayıb: “Bundan sonra xüsusi amansızlıqla və təhlükəli üsulla evdə olan elektirik su qızdırıcısı su ilə dolduraraq qaynadıb. Daha sonra isə qaynar suyu qəsdən Həsənova Aynur Qadir qızının üz nahiyəsinə töküb”.

Məlumata görə, İsrafillə Aynur iki ildir ki, rəsmi ayrılıblar. Hətta bundan sonra İsrafil başqası ilə ailə qurub. İsrafilə qədər bir dəfə ailəli olmuş Aynur Həsənova isə hazırda subaydır və azyaşlı övladları ilə yaşayır. İsrafil Ələkbərovun ona qarşı törətdiyi cinayət əməlini istintaqçılar Cinayət Məcəlləsinin 127-ci, (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinin bir neçə bəndini əsas tutaraq qiymətləndirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın