Menu
Geri İrəli

Sumqayıtda keçmiş məhkumdan silah tapıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2014 • Baxış sayı: 445 dəfə • Şərh yoxdur

Sumqayıtda Laçın rayon sakinindən nömrəsi silinmiş “Makarov” markalı tapança və vasitələri götürülüb.
silah-2
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Laçın rayon sakini Yusif Hümbətovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd patron və 1 patron darağı götürülüb.

Qeyd edək ki, Y.Hümbətov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın