Menu
Geri İrəli

Sumqayıtda keyfiyyətsiz ərzaq satan mağazalar – ÜNVANLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Mart 2014 • Baxış sayı: 1,172 dəfə • 4 şərh

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı bir neçə mağazada saxlama müddəti ötmüş mallar aşkarlanıb.

Məlumata görə, ümumilikdə, monitorinqlər zamanı 680 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Sumqayıt şəhərində
- 2-ci mikrorayon, Sülh küçəsində Səidə Abdullayevaya məxsus mağazada;
- 3-cü mikrorayonda Azad Şərbətova, Emma Əliyevaya və Eldar Şıxıyevə məxsus mağazalarda saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.(anspress.com)

erzaq

Facebook Şərhləndirmə:

“Sumqayıtda keyfiyyətsiz ərzaq satan mağazalar – ÜNVANLAR” yazısına 4 cavab

  1. Azerin deyir:

    heyif bu yaxini gec gordum. Ayin 8i dunya marketde 1heftelik tort satiwda idi,diger tortlarin ustunde ise istehsal tarixi yox idi. Sebeb soruwduqda evde biwirilib getirildiyi deyildi . Mence qanunsuzdur.

  2. Orxan deyir:

    Bu siyahini dahada geniwlendirmek olar.
    Elmar marketdede, pioner marketdede az rast gelmemiwem vaxti otmuw mallara. 45ci mehellede yerlewen Wahdag marketinde mallarini alarket mutleq istehsal ve bitme tarixine baxilmasi lazimdi. Defelerle vaxti kecmiw mallar satillar. 1 hefte bundan qabaq, 28 mall ticaret merkezinin 4cu mertebesinde macdonaldsla uzbeuz olan restorandada vaxti 2013cu il tarixinde bitmiw cocacola satilirdi. Mali geri qaytarandada hele 30 deqiqe daniwiblarda yyeke-yeke. Deyendede deyir bura heckim giremmez, kime isdeyirsen wikayet et. Nezaret yoxdur axi, ancaq gelib illik pullarini alib gedirler werefsiz memurlar.

  3. Sadiq deyir:

    azuqe ile uzbeuz 2 mertebe magazada (12mkr) da vaxt otmush mallarin satishininin shahidi olmusham!

  4. Gunel deyir:

    17 mk Cinar marketde de kohne yumurta ve s. rast gelmiwem.

Şərhinizi yazın