Menu
Geri İrəli

Sumqayıtda kikboksinq üzrə turnir keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Avqust 2017 • Baxış sayı: 489 dəfə • Şərh yoxdur

439e4df7-9eb2-4ccf-b468-45beb1259973_292Sumqayıtda Heydər Əliyevin xatirəsinə həsr olunan kikboksinq (K-1 stil) üzrə peşəkarlararası beynəlxalq turnir keçiriləcək.
Yarış Sumqayıt şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə avqustun 19-da baş tutacaq.
Turnirdə Azərbaycanın 17, Gürcüstanın 2, Pakistanın isə 1 idmançısı iştirak edəcək. Döyüşlər 7 çəki dərəcəsində 3 raund 3 dəqiqə olmaqla hər bir döyüş əsas final mərhələdən ibarət olacaq. Beynəlxalq turnirdə bədii proqram nümayiş etdiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın