Menu
Geri İrəli

Sumqayıtda kimyaçı şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2016 • Baxış sayı: 1,183 dəfə • Şərh yoxdur

“Azərikimya” İB-də kimyaçı şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilmişdir

Avqustun 31-də “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun qarşısındakı meydançada torpaqlarımızın müdafiəsi uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuş 54 kimyaçının şərəfinə ucaldılmış xatirə kompleksinin açılış mərasimi keçirilmişdir.
Kimyaçıların, şəhidlərin ailə üzvlərinin, şəhər ictimaiyyətinin nümayəndələrinin, həmçinin Sumqayıt şəhərindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş Muxtar Babayevin, Tahir Mirkişilinin və Mirzəcan Xəlilovun da iştirak etdiyi tədbiri Birliyinin Həmkarlar İttifaqının Komitəsinin sədri Vaqif Ömərov açaraq, açılış mərasiminin Qubadlının işğalı gününə təsadüf etdiyini vurğulamış və torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra şəhid atası, əvvəllər kimya sənayesində çalışmış Valeh Axundov və Etilen-polietilen zavodunun direktoru Oktay Niftəliyev tərəfindən Azərbaycanın möhtəşəm və əzəmətli üçrəngli bayrağı qaldırılmış, şəhərin 11 saylı tam orta məktəbinin şagirdlərinin ifasında canlı olaraq Azərbaycan himni səsləndirilmişdir.
Tədbirdə Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Tərlan Hacızadə, Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İslamova çıxış edərək Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən işlərdən, orduya göstərilən diqqət və qayğıdan söhbət açaraq, bu gün qüdrətli Azərbaycan ordusunun öz torpaqlarını hər an azad etməyə hazır olduğunu, dövlət, xalq və ordunun birliyinin sarsılmazlığını dilə gətirdilər.
Şəhid ailələri adından Pərvanə xanım Babaşova çıxış edərək şəhidlərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə respublika rəhbərliyinə dərin minnətdarlığını ifadə etmişdir.
Açılış mərasimində xatirə kompleksinin önünə millət vəkilləri adından əklilər qoyulmuş, iştirakçılar tərəfindən tər qərənfillər düzülmüş, şəhərdəki Cümə məscidinin axundu tərəfindən şəhidlərin ruhuna dualar oxunmuşdur.

14064070_1187833344573263_7185668341052528666_n 14088534_1187834911239773_6071528756763372836_n 14100346_1187834091239855_4028279970325675973_n 14100489_1187834904573107_4831048696413862545_n 14102411_1187833424573255_2298093816328191601_n 14102664_1187834757906455_6029112732957816891_n 14117680_1187833821239882_2252956024495891227_n 14117764_1187834094573188_3541088824292761301_n 14141528_1187834824573115_717737114393802551_n 14141569_1187834097906521_8912246817650591124_n 14141612_1187834764573121_2983161133941008903_n 14184530_1187833814573216_8859048690341828117_n 14191921_1187833334573264_3602501670801640569_n 14192632_1187833421239922_4060894327154762569_n 14192711_1187833741239890_197536804650836356_n 14199488_1187833724573225_6562819569585879385_n 14199700_1187834231239841_4929587817053444703_n 14199768_1187834844573113_5498878671911610203_n 14199779_1187833404573257_635994226032028649_n 14203234_1187834401239824_1162742776256673728_n 14203284_1187832861239978_3894438690479553721_n 14222134_1187834767906454_5961826076145310107_n 14222296_1187834274573170_4453628462271054548_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın