Menu
Geri İrəli

Sumqayıtda kişi meyiti tapılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Avqust 2009 • Baxış sayı: 207 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində kişi meyiti tapılıb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün şəhərin 2-ci mikrorayon ərazisində, 40 saylı binanın 1-ci blokunun qarşısında naməlum kişi meyitinin olması barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında aparılan araşdırmalar nəticəsində meyitin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, bu, Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Fuzinin Valeri Petroviçdir. Hazırda mərhumun hansı şəraitdə ölməsinin səbəbləri araşdırılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın