Menu
Geri İrəli

Sumqayıtda köhnə işıqfor qalmayacaq – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Sentyabr 2013 • Baxış sayı: 304 dəfə • 1 şərh
Share Button

Day.az saytının redaksiyasına Kamal İsmayılov tərəfindən məktub daxil olub. sumqayitxeber.com saytı Milli.Az-a istinadən xəbər verir ki, oxucu məktubunda belə yazıb:

“Mən Bakıda yaşayıram, ancaq işimlə əlaqədar tez-tez Sumqayıtda oluram. Sumqayıt yollarında şəhərin görünüşünü pozan köhnə işıqforlar var. Bakıda isə hər tərəfdə rəqəmsal işıqforlar quraşdırılıb. Axı Sumqayıt Azərbaycanın böyük şəhərlərindən biridir. Orada da paytaxtda olduğu kimi müasir işıqforlar olmalıdır”.

Məsələ ilə əlaqədar saytın əməkdaşı Sumqayıt Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və analiz sektorunun müdiri Ayaz İmaməliyevlə əlaqə saxlayıb.

“Sumqayıt şəhər yol polisinə maliyyə vəsaiti ayrılıb ki, rəqəmsal işıqforlar quraşdırılsın. Mərkəzi küçələrdə və prospektlərdə artıq bu işıqforlar var. Misal üçün, Heydər Əliyev prospektində, Səməd Vurğun, Sülh, Nərimanov küçələrində. Biz şəhərin bütün küçələrini müasir yol nizamlayıcıları ilə təmin etməyi düşünürük”, – o qeyd edib. 

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda köhnə işıqfor qalmayacaq – FOTO” yazısına bir cavab

Şərhinizi yazın