Menu
Geri İrəli

Sumqayıtda köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Yanvar 2014 • Baxış sayı: 402 dəfə • Şərh yoxdur
Share Button

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olub və giriş qapısını açıblar.

Mənzilə baxış keçirilərkən vətəndaş otaqda yatmış vəziyyətdə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

xilasedici

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın