Menu
Geri İrəli

Sumqayıtda “Koreya səfiri kuboku” keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2017 • Baxış sayı: 333 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycan Taekvondo Federasiyası və Cənubi Koreya respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə keçirilən “Koreya səfiri kuboku”na bu gün start verildi. Sayca üçüncü dəfə düzənlənən yarış Sumqayıt Olimpiya İdman Kompleksində keçirilir. Turnirdə 40-dək klub, idman cəmiyyətləri və taekvondo bölmələrindən 2000-2003-cü il təvəllüdlü 187 gənc idmançı mübarizə aparır (140 oğlan və 47 qız).

Öncə yarışın rəsmi açılış mərasimi oldu. Mərasimdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, baş katib Həmid Məmmədov, Cənubi Koreya respublikasının ölkəmizdəki səlahiyyətli səfiri Kim Çonq-Gyu, Sumqayıt şəhər İcra başçısının müavini Teymur Səmədov, Azərbaycan respublikasının Gənclər İdman Nazirliyinin şöbə rəisi Fərid Mənsurov da iştirak edib.

Yarış iştirakşıları qarşısında nitq söyləyən qonaqlar idmançıları salamlayaraq yarışın mahiyyətindən, Azərbaycan Respublikasının prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmanın inkişafında müstəsna xidmətini qeyd edərək idmançılarımızın dünya arenalaırnda əldə etdiyi nəticələrdən söz acmışdır. Komandamızın son illər və eləcə də bu il qazandığı uğuların təsadüfü olmadğını və bu idman növünün respublikamızda yetırincə inkişaf etdiyi, gənclər tərəfindən rəğbət qazanmasından bəhs etmişlər. Yeni nəsil idmançıların da bu uğurların davamını gətirəcəyinə ümüd edildiyi vurğulanıb.

Koreya respublikasının səfiri Kim Çonq-Gyu isə yarışın təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə və Sumqayıt şəhər İcar başçısı Zakir Fərəcova minnətdarlığını bildirib. İdmana göstərilən diqqət və qayğıya görə Sumqayıt şəhər İcra başçısının müavini Teymur Səmədova, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərova və səfir Kim Çonq-Gyua qiymətli hədiyyələr təqdim edildi. Sonda Azərbaycan Dövlət Himni səsləndirilib və yarış açıq elan edilib.

Sonra mərasimin bədii hissəsi başlayıb. Koreya taekvondo akademiyasının yetirmələri tərəfindən turnir iştirakçıları qarşısında maraqlı səhnələr nümayiş olunub.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın