Menu
Geri İrəli

Sumqayıtda küçə musiqisi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 11 May 2015 • Baxış sayı: 661 dəfə • Şərh yoxdur

Bir çox ölkələrdə küçə musiqisinə tez-tez rast gəlmək olur. İnsanların sıx olduğu küçələrdə insanlar öz istedadını nümayiş edir və bunun qarşılığında küçədən keçənlər müəyyən məbləğdə pul verirlər. Bizim ölkəmizdən fərqli olaraq bu ölkələrdə ifaçılara dilənçi kimi yox, incəsənət adamı, musiqinin təbliğatçısı kimi baxır və bu cür insanlara hörmətlə yanaşırlar.

Son zamanlar Bakıda yeraltı keçidlərdə, küçələrdə gitara, qarmon və digər musiqi alətlərində ifa edən gənclərə tez-tez rast gəlmək olur.   Küçə musiqiçilərinin əksəriyyəti bu yolla həm də öz ehtiyaclarını ödəsələr də, bəziləri sadəcə musiqini təbliğ etmək üçün ifa edirlər.  Ümid edək ki, Sumqayıtda da küçə musiqisinə sadəcə mədəniyyət nümunəsi kimi yanaşılacaq və əhalinin sıx olduğu küçələrdə belə hallara tez-tez rast gələcəyik.

Bu gün “sumqayitxeber.com”un  kamerasının obyektivinə maraqlı görüntü tuş gəlib.

Həmin fotoları təqdim edirik:

dddd IMG_1010 IMG_1011

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın