Menu
Geri İrəli

Sumqayıtda küçəyə paltar asmaq qadağan olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2015 • Baxış sayı: 862 dəfə • Şərh yoxdur

paltar2Sumqayıt şəhərində bundan sonra sakinlər paltarı qurutmaq üçün istədiyi yerdən asa bilməyəcək.Bunun üçün şəhər icra hakimiyyətində tədbirlər planı hazırlanıb.Artıq şəhər sakinlərinə də xəbərdarlıq edilib.

Binaların qarşısındakı səkilərdə piyada gedərkən insanların başına su damcılayır.

Qurutmaq üçün necə gəldi asılmış paltarlar şəhərin görüntüsünə ziyan vurmaqla yanaşı, həm də narahatlıq doğurur.

Görüntülər Sumqayıtdandır. Çoxmərtəbəli binaların bəzi sakinləri yuyulan paltarları qurutmaq üçün eyvandan həyətdə, ya da küçənin ortasındakı dirəklərə uzadılan iplərə asır. Sakinlər başqa çarələrinin olmadığını deyərək özlərini müdafiə edir.

İslaq paltarlarını çəkinmədən küçəyə asmaq şəxsi seçim sayılsa da şəhərinin görünüşünə ziyan vurduğu da bir gerçəkdir. Üstəlik başqalarını da narahat edir, quruyan pal-paltarın suyu yoldan keçənlərin başına damcılayır.

Problem şəhər rəhbərliyinin gündəmindədir.Hazırlanan tədbirlər planı ilə paltarların belə qurudulması qadağan ediləcək.

Ancaq vəziyyətin obyektiv səbəbləri də nəzərə alınaraq ilkin mərhələdə binaların küçəyə tərəf hissəsində paltar sərilməsi qadağan ediləcək. Bu iş mənzil istismar sahələrinə tapşırılıb.Hər mənzil istismar sahəsi öz ərazisində sakinlərə xəbərdarlıq edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın