Menu
Geri İrəli

Sumqayıtda kütləvi dava: 4 nəfər ağır xəsarətlər alıb

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2013 • Baxış sayı: 150 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində kütləvi dava-dalaş olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 27-də Sumqayıt şəhərində R.Vahabova, N.Əkbərliyə, X.Hüseynova bıçaqlanıb, daha bir nəfər isə vəhşicəsinə döyülüb.

3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş və 4 nəfərə ağır bədən xəsarətləri yetirmiş  Sumqayıt şəhər sakinləri Cavid Abdullayev, Fariz Məmmədov və Elçin Hacıyev tutulublar.

Faktla bağlı araşdırmalar aparılır.

dava

Facebook Şərhləndirmə:

Şərhinizi yazın