Menu
Geri İrəli

Sumqayıtda kütləvi dezinfeksiya işləri aparılır – VİDEOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2017 • Baxış sayı: 1,017 dəfə • Şərh yoxdur

dezinfeksiyaSumqayıt şəhərində bütün çoxmərtəbəli binalarda, park və xiyabanlarda, iaşə obyektlərində kütləvi şəkildə dezinfeksiya və deratizasiya işlərinə başlanılıb.

Havanın temperaturu yüksəldikcə ziyanverici həşəratların və gəmiricilərin sürətlə çoxalması baş verir. Bu çoxalmaya xüsusilə çoxmənzilli binaların zirzəmilərində, parklarda, həmçinin iaşə obyektlərində rast gəlinir. Bu isə şəhər sakinlərinin rahatsızlığına, natəmizliyə, eyni zamanda bir sıra xəstəliklərin yaranması səbəb olur.

Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq hər gün profilaktik tədbirlər həyata keçirilir. Son beş ay ərzində bütün çox mənzilli binalarda həşəratlara, xəstəliktörədici mikroorqanizmlərə, infeksiya mənbəyi olan və onu yayan gəmiricilərə qarşı beş dəfə dezinfeksiya və derotizasiya tədbirləri həyata keçirilib.

Qarşıdakı aylarda da mütəmadi olaraq profilaktik tədbirlər davam etdiriləcək.

sumqayitxeber.com mövzu ilə bağlı hazırlanmış video reportajı təqdim edir:

Facebook Şərhləndirmə:

Şərhinizi yazın