Menu
Geri İrəli

Sumqayıtda “Lal” avtoriteti tutdular

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2013 • Baxış sayı: 271 dəfə • Şərh yoxdur

Bu barədə APA-ya Sumqayıt şəhər hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Mirzəyev Ramil Cəbrayıl oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Saxlanılarkən ondan marixuana götürülüb.

Hüquq-mühafizə orqanlarından həmçinin APA-ya bildirilib ki, R. Mirzəyev kriminal aləmdə “Lal” ləqəbi ilə tanınıb. 2013-cü ilin yanvarında Sumqayıtda “Saşa” ləqəbi ilə tanınan avtoritet Elnur Babayevin həbsindən sonra R. Mirzəyev şəhərdə “obşak”a baxırmış.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın