Menu
Geri İrəli

Sumqayıtda liftlər yenilənir

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2015 • Baxış sayı: 1,879 dəfə • Şərh yoxdur

liftSumqayıt şəhərindəki 594 liftdən 200-ü yararsız vəziyyətdədir. Hazırda bu liftlərin dəyişdirilməsinə başlanılıb.

Şəhər icra hakimiyyətindən bildiriblər ki, artıq 13-cü mikrorayonda 6 saylı binada 3 lift yenilənərək əhalinin istifadəsinə verilib.

Sumqayıt şəhər Lift servis birliyinin direktoru Cümşüd İsmiyev “Dünya TV”-ə açıqlamasında bildirib ki, 140 ədəd lift 3 ay ərzində dəyişdirilərək əhalinin istifadəsinə veriləcək6 “Yerdə qalan liftlər isə növbəti aylarda yenilənəcək. Bu işlərlə əlaqədar müəyyən sənədləşmələr, hazırlıqlar gedir. İcra başçısı cƏnab Zakir Fərəcovun tapşırığı əsasında biz bu işləri yerinə yetirəcəyik. “

Xatırladaq ki, Prezident İlham Əliyevin bu il oktyabrın 13-də imzaladığı Sərəncama əsasən, şəhərin lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız daha 76 liftin yeniləri ilə əvəz edilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 3,7 milyon manat ayrılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın