Menu
Geri İrəli

Sumqayıtın “Kimyaçılar” sarayı yenidən qurulur

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2012 • Baxış sayı: 238 dəfə • Şərh yoxdur

Sumqayıtda kimyaçıların Üzeyir Hacıbəyli adına Mədəniyyət Sarayının (MS) yenidənqurma işləri sürətlə davam etdirilir. Azərbaycan Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin balansında olan obyektin təmir və bərpa işləri dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən aparılır. Dövlət başçısı keçən ilin iyulunda Sumqayıta səfəri zamanı əsaslı təmir və yenidənqurma layihəsi ilə tanış olmuşdur. Layihə həmçinin Mədəniyyət Sarayı ilə Heydər Əliyev parkının əsas girişi arasındakı böyük bir ərazini də əhatə edir.

Sumqayıtın 1986-cı ildə istifadəyə verilmiş bu ən böyük mədəniyyət sarayında şəhərin bir çox təntənəli tədbirləri keçirilmişdir. Sarayın səhnəsində və ona bitişik böyük meydanda həm bizim, həm də xarici ölkələrin məşhur artistləri çıxış etmişlər.
Qeyd edək ki, sarayın üçmərtəbəli binasında 1063 nəfərlik böyük konsert salonu, 204 nəfərlik akt zalı, konfrans zalı, dərnəklər üçün 56 iş və məşq otağı vardır. Burada 16 bədii özfəaliyyət dərnəyində 350 yeniyetmə məşğul olur. Ətrabə Rzayeva, AzərTac

Facebook Şərhləndirmə:

Şərhinizi yazın