Menu
Geri İrəli

Sumqayıtda məhəllə komitələri ilə bağlı layihə həyata keçirilir.

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2009 • Baxış sayı: 267 dəfə • Şərh yoxdur

“Bizim şəhər” Sumqayıt Sosial – İnkişaf Mərkəzi Açıq Cəmiyyət İnistutu Yardım Fondunun maliyyə dəstəyi ilə bələdiyyə seçkiləri ilə bağlı Sumqayıt şəhər qadınlarının maarifləndirilməsi, onların seçkilər ərəfəsində aktivləşdirilməsi və qadın namizədlərin dəstəklənməsi layihəsini həyata keçirir. Sumqayıtxeber.com saytına açıqlamasında birliyin sədri Mətanət Zeynalova bildirib ki, layihənin həyata keçirilməsində əsas məqassəd bələdiyyə seçkilərində 5 məhəllə komitələrindən qadın seçicilər arasında maarifləndirmə kompaniyası aparmaq, qadın fəallarını öz namizədliklərini irəli sürməyə həvəsləndirmək , onların seçki kompaniyasının təşkilinə kömək etməkdir.
Mətanət Zeynalova nəzərdə tutulan məqsədə çatmaq üçün həyata keçiriləcək tədbirlər haqqında da məlumat verib: “Layihə çərçivəsində artıq 5 məhəllə komitəsində görüşlər keçirilmişdir və hər bir məhəllə komitəsindən 4 fəal qadın seçilmiş və onların iştirakı ilə “qadınların bələdiyyə seçkilərində namizəd kimi iştirak etmə mexanizmi” mövzusunda maarifləndirici tədbir həyata keçirmişik. Hal-hazırda məhəllə komitələrinin yerliözünüdarəetmədə rolu ilə bağlı maarifləndirici tədbirlər həyata keçiririk.”
Qeyd: “Bizim şəhər” Sumqayıt Sosial – İnkişaf Mərkəzi 2005-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyatdan keçmişdir. Təşkilatın əsas məqsədi Sumqayıtda yaşayan əhalinin aztəminatlı təbəqəsinin sosial iqtisadi, təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi sahələrində problemlərin həllinə kömək etməkdir.
Təşkilat 2006-cı ildə ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə “Sumqayıtın 5 məktəbində valideyin fondları” layihəsini həyata keçirmişdir. 2006-cı ildə mərkəz öz təşəbbüsü ilə Sumqayıt əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları ilə birlikdə 5 məhəllə komitəsində “Ünvanlı Dövlət Sosial Yardımının verilməsi” qanunun əhali arasında təbliği və maarifləndirilməsi ilə məşğul olmuşlar və bir neçə ailəyə həmin yardımın verilməsində yaxından köməklik göstərmişdir.

sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın