Menu
Geri İrəli

Sumqayıtda məskunlaşmış məcburi köçkün gənclərinə peşəyönümü ilə bağlı təlim keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Aprel 2011 • Baxış sayı: 166 dəfə • Şərh yoxdur

Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sumqayıt şəhərində və ətraf qəsəbələrdə məskunlaşan məcburi köçkün yeniyetmə və gənclərinin peşəyönümü, fərdi inkişaf və karyera qurmaq bacarıqlarını artırmaq üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində təlimlərin təşkilinə başlamışdır. Layihə çərçivəsində ilk təlim aprelin 21-də Sumqayıtda yerləşən Zəngilan rayonunun 23 saylı orta məktəbində təşkil edildi. Təlimi Birliyin təlimçisi Eyvaz Qocayev aparıb.

Təlimdə Peşə seçimi nədir və nə üçün önəmlidir, Özünü tanıma, maraq dairəsinin müəyyənləşdirilməsi, Fiziki xüsusiyyətlər və təhsil göstəriciləri, Peşələr haqqında məlumat:  gələcəkdə hansı peşələr aktual olacaq, Peşə seçərkən nələrə diqqət yetirməli, İxtisas və peşə təhsili üçün təhsil müəssisəsini necə seçməli mövzularında interaktiv müzakirə aparıldı. Müzakirə olunan məsələlər, peşə yönümünü müəyyənləşdirmək üçün keçirilən test iştirakçıların böyük marağına səbəb oldu.

Təlim interaktiv metodla keçirildi və hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək düşüncələrini, peşə və ixtisas seçimi ilə bağlı rəylərini sərbəst ifadə edirdilər. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Təlimin işi anket sorğusu vasitəsi ilə qiymətləndirildi. Təlimin sonunda iştirakçılara mövzu ilə sənədlər toplusu təqdim edildi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın