Menu
Geri İrəli

Sumqayıtda məskunlaşmış məcburi köçkündən redaksiyamıza şikayət daxil olub

Müəllif: sumqayitxeber.com • Tarix: 20 İyun 2011 • Baxış sayı: 379 dəfə • 1 şərh

Şikayət Səhmdar Cəmiyyətinin sədri Qüdrət Kərimovdandır

Əslən Zəngilan rayonundan olan Nadir Məmmədovun redaksiyamıza ünvanladığı məktubu olduğu kimi dərc edirik:

2005-ci ildə Xəzər Səhmdar Cəmiyyətinə məxsus olan sahədə icarəyə boş (zibillik idi) torpaq sahəsi götürmüşəm. El-obasından məcburi köçkün olmuş insanların çörək pulu qazanması üçün. Həmin sahədə hər kəs öz ərazisinə uyğun şəkildə tikinti işləri aparıb. 2007-ci ildə tikintini başa çatdırmışıq. O zaman Xəzər Səhmdar Cəmiyyəti bu işlərin həyata keçirilməsi üçün bizə heç bir layihə təqdim etməmişdi. Biz hansısa qanun pozuntusuna yol verməmişik. Hazırda ərazidə tikinti işləri aparılmır.

Xəzər Səhmdar Cəmiyyətinin sədri Qüdrət Kərimov öz səlahiyyətlərini aşaraq , həmin istirahət zonasında (ərazidə olan 36 istirahət zonasından biri olan “Dəniz” istirahət zonası) altı məcburi köçkün ailəsini, şəhid ailəsini (onlardan biri atam, Zəngilandan məcburi köçkün Bəşir Əvəz oğlu Məmmədovdur) gündəlik qazancdan, çörək pulundan məhrum edir. Cəmiyyət sədri həmin sahədə görülən işlərə rəğmən, oradan çörək pulu qazanan məcburi köçkünləri yiyəsiz bilərək, sahəni öz əlinə keçirmək istəyir.

Yəqin ki, Qüdrət Kərimov Sumqayıt İcra hakimiyyətinin başçısı Eldar Əzizovun Sumqayıt sakinləri, o cümlədən Sumqayıtda müvəqqəti yaşayan məcburi köçkünlərlə görüşlərində (görüşlər Dünya TV ilə də yayımlanır.)- “Mən przidentin əsgəriyəm, prezident məcburi köçkünlərə xüsusi diqqət yetirməyi, qayğı göstərməyi məndən tələb edib”  sözlərini başqa cür, yəni “məcburi köçkünlərə xüsusi divan tutun” kimi başa düşüb , ya da Qüdrət Kərimov prezidentin və Sumqayıt İcra hakimiyyəti başçısının sözlərinə əhəmiyyət vermir.

Qüdrət Kərimov öz şəxsi mənafeyini bütün dəyərlərdən üstün tutaraq, məcburi  köçkün həyatı yaşayan  insanlara mərhəmət etmək fikrində deyil.

Facebook Şərhləndirmə:

“Sumqayıtda məskunlaşmış məcburi köçkündən redaksiyamıza şikayət daxil olub” yazısına bir cavab

  1. sumqayitli deyir:

    NIYE BERBAD VEZIYYETDE TIKILEN MEKTEB FORMALARININDAN HEC KIM DANISHMIR ???
    BU GUN SUMQAYITDA O FORMALARIN TEMIRINDEN IMKANI OLANLAR ISE YENISINI (HEMIN FORMALARA OXSATMAQLA) SIFARISH ETDIKLERINDEN DERZI ATELYELERINDE “BASH QASHIMAGA” VAXT YOXDU. HELE FORMA ALARKEN MAGAZA QARSHISINDAKI NOVBELER….. SATICININ CAMAATLA KOBUD REFTARI SANKI HAVAYI VE GOZEL BIR KOSTYUM HEDIYYE EDIRMISHLER KIMI…
    YENI SHEHERDE SOKUNTU-TIKINTI VARSA DIGER ISHLER BELE OLMALIDI??

Şərhinizi yazın