Menu
Geri İrəli

Sumqayıtda məşuqəsini doğrayan qəssab və dostunun cinayəti

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2013 • Baxış sayı: 184 dəfə • Şərh yoxdur

cinayet

2003-cü ilin avqust ayının 17-də Sumqayıt şəhərinin 18-ci məhəlləsindəki 10 saylı evin 34-cü mənzilində vəhşicəsinə qətlə yetirilən qadın meyiti aşkarlanıb.

Qətlə yetirilən qadının üzərində sənədlərin olmaması onun kimliyini müəyyənləşdirməkdə çətinliklər yaradıb.

Qonşuların söhbətindən məlum olub ki, mənzil hazırda xarici ölkələrin birində olan Şəfiqə Atakişiyevaya məxsusdur. Əməliyyatçılar ev sahibi ilə əlaqə saxlayanda müəyyən edilib ki, Atakişiyeva mənzilinin açarlarını 1948-ci il təvəllüdlü rəfiqəsi Püstəxanım Abbasovaya verib.

Püstəxanım Abbasovanı axtaranda məlum olub ki, mənzildə tapılan meyit ona məxsusdur. Qonşular həmin mənzilə kim gəlib getdiyini görmədiyindən qatilin fotorobotunu hazırlamaq mümkün olmayıb.

Mərhumun qohumları onun mobil telefonunun, qızıllarının və pul kisəsinin yoxa çıxmasını bildiriblər.

Mənzildə əl izləri və şahid olmadığından əməliyyatçılar Püstəxanımın mobil telefon və qızıllarını axtarmağa başlayıb. Lakin 3 ay keçməsinə baxmayaraq, izlənilən telefondan bir dəfə də olsun zəng edilməyib.

Bundan sonra istintaqçılar qatil və ya qatillərlə oyun oynamaq qərarına gəliblər. Özlərini ağıllı aparan qatillərdə arxayınçılıq yaratmaq üçün müstəntiq qəzet və televiziyada Püstəxanım Abbasovanın qatilinin yaxalanması barədə məlumat yayır.

Qatillər müstəntiqin bu hiyləsinə uyublar. Məlumat yayılandan 10 gün sonra Püstəxanım Abbasovaya məxsus mobil telefondan zəng edilib.

Əməliyyatçılar telefon zənginin Keşlə bazarından edilməsini müəyyənləşdiriblər.

Bazara gələn polis əməkdaşları zəng edən şəxsi polis idarəsinə gətiriblər.

Bazarda meyvə-tərəvəz satan şəxs zəng etməsini təsdiqləyib, lakin o, öz telefonunun xarab olduğundan SİM kartını qonşu piştaxtada işləyən Hasil adlı şəxsin telefonuna qoyaraq zəng etdiyini bildirib.

Bu sözlərdən sonra əməliyyatçılar yenidən bazara gəliblər. Lakin Hasil adlı şəxsi tapmaq mümkün olmayıb. Qonşu satıcının polisə aparıldığını eşidən Hasil Həsənov yoxa çıxıb.

Polis əməkdaşları onu bir həftə sonra Tərtər rayonunun Mamırlı kəndində yaxalayıblar.

Söhbət zamanı Hasil Həsənov Püstəxanım Abbasovanı qətlə yetirməsini etiraf edib.

Həsənov daimi müştərisini bazarda qəssab işləyən Bəxtiyar adlı şəxslə qətlə yetirdiyini bildirib. Bəxtiyar Cavadov da saxlanılıb.

Hasil Həsənov 55 yaşlı müştərisi ilə yaxınlıq etmək istəyib. Bu alınmayanda Bəxtiyara bu barədə söhbət edib. Bəxtiyar ona qadınla tanış olmaqda kömək edəcəyini bildirib.

Püstəxanım Abbasova növbəti dəfə bazara gələndə dostlar onun arxasınca gediblər. Marşrutda Hasil Püstəxanımın yanında, Bəxtiyar isə arxada əyləşib.

Bir qədər söhbətdən sonra heç nə alınmadığını görən Hasil Bəxtiyarla yerini dəyişib.

Bəxtiyarın bəxti gətirib. O, 55 yaşlı qadını yola gətirə bilib. Əldə olunan razılığa əsasən Püstəxanım aldığı meyvəni Yasamalda yaşadığı evdə qoyandan sonra onlar taksi ilə Sumqayıta gediblər.

22 yaşlı dostları Sumqayıtda rəfiqəsinə məxsus evə gətirən 55 yaşlı xanım onlarla növbə ilə cinsi əlaqədə olur. Növbəti dəfə xanımın yanından çıxan Bəxtiyar Hasilə qadını öldürüb üzərində olan qızılları götürməyi təklif edir.

Borcları olan dostlar qısa vaxt ərzində plan hazırlayırlar. Püstəxanım Abbasova güzgünün qarşısında kosmetika çəkərkən Bəxtiyar arxadan ona yaxınlaşıb bıçaqla vurub.

Dostlar ümumilikdə qadına 44 bıçaq zərbəsi vurublar. Sonra onlar qızıl, pul və telefonu götürərək Keşlə bazarına gəliblər. Bazarın yaxınlığındakı kafelərdən birində oturub əldə etdiklərini dədə malı kimi bölüblər.

Telefon da Hasilin payına düşüb.

Bəxtiyar Hasildən telefondan hələ istifadə etməməsini məsləhət görüb.

Hasil də bu məsləhətə qulaq asıb. Lakin 3 ay sonra Bəxtiyar Hasilə müjdə verib ki, biz öldürən qadının qatilini tutublar, daha biz rahat ola bilərik.

Bundan sonra Hasil də 3 aydır özündə saxladığı mobil telefonu cibinə qoyub. Lakin istifadə etməyə ürək etməyib. Qonşu satıcı ondan öz SİM kartını qoyub zəng etmək istəyəndə telefonu ona verib.

Məhkəmədə dostlar qadını öldürmək ideyasını bir-birlərini üstünə atıblar.

Bəxtiyar bildirib ki, onun qadını öldürməyə səbəbi olmayıb. Çünki, cinsi əlaqədə olan zaman Püstəxanım Abbasova ona himayədarlıq edəcəyinə söz verib.

Hasil isə deyib ki, Bəxtiyarın külli miqdarda borcu olub. Qadını da öldürüb ki, qızıllarını satıb borcunu versin.

Məhkəmə hər iki şəxsi qətl hadisəsində təqsirli bilib. Məhkəmənin hökmü ilə Hasil Həsənov 14 il, Bəxtiyar Cavadov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

İntiqam Orucov
Gün.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın