Menu
Geri İrəli

Sumqayıtda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutulub

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2010 • Baxış sayı: 222 dəfə • Şərh yoxdur

Faktla bağlı araşdırma aparılır

Sumqayıtda oğurluq hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəhər polisi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Elmar İsmayılova məxsus mağazanı soyan şəxs tutulub.

Bu, Sumqayıt şəhər sakini Tapdıq İbrahimovdur. O, E.İsmayılova məxsus mağazadan 23.500 manat pul və danışıq kartlarını oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın