Menu
Geri İrəli

Sumqayıtda mağazaları qarət edən dostlar tutuldu (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Yanvar 2016 • Baxış sayı: 1,556 dəfə • Şərh yoxdur

Sumqayıt şəhəri ərazisində ticarət obyektlərindən oğurluqlar etmiş 3 nəfərdən ibarət dəstə saxlanılıb. 

 Sumqayıt şəhərində fəaliyyət göstərən bir neçə tijarət obyektlərinin sahibləri şəhər polis idarəsinə müraciət edərək onlara məxsus mağazalardan oğurluq olduğunu bildiriblər. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq əməllərində iştirak etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Samir Nəcəfov, Elşad Həsənov və Şabran rayon sakini Paşa Əkbərov saxlanılıb. Saxlanılan şəxslər dindirilərkən törətdikləri əməlləri etiraf ediblər. Məlum olub ki, Elşad və Paşanı cinayət törətməyə Samir dəvət edib. Belə ki, çayxanada razılığa gələn tanışlar əvvəljə 18-ci mikrorayon dairəsindəki mağazaya giriblər.
Elşad Həsənov, saxlanılan şəxs: Pulun hamısını götürmüşdü. Mən girdim ki, 2-3 saniyə sonra çıxdıq çölə. Kanalın qırağında cibindən pulları çıxartdı, mənə 480-490 manat pul verdi”.
Samir Nəjəfov, saxlanılan şəxs: “Mağazaya Elşadla mən girmişdim. 1267 manat pul var idi. Götürdük”.
Tanışların hədəf kimi seçdikləri ikinci obyekt Samir Nəcəfovun əvvəllər işlədiyi market olub. Marketə gecə saat 3 radələrində arxa qapıdan daxil olan tanışlar seyfin içərisindəki pulları gilzli yolla talamağa nail olublar.
Elşad Həsənov, saxlanılan şəxs: “Girdik içəri, Samir pulların hamısını yığdı. Axırda gəldik seyfə çatdıq. Onu birlikdə dəmir parçası ilə açdıq”
Samir Nəcəfov, saxlanılan şəxs: “Mən orada işləmişəm. Bilirdim ki, seyf var. 86 manat kassadan götürdük, 4800 manat da seyfdən”.
Oğurluq yolu ilə əldə edilən pulları yemək- içməyə və istirahətə xərclədiklərini deyən Samir Nəcəfov bu əməli ilə yenicə qurduğu ailəsini çıxılmaz vəziyyətdə qoyduğunu deyir.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın