Menu
Geri İrəli

Sumqayıtda məcburi köçkünlər üçün binaların tikintisi davam etdirilir – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2017 • Baxış sayı: 1,698 dəfə • Şərh yoxdur
Share Button

15008758856470754546_1000x669Sumqayıtda qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan binaların tikintisi davam etdirilir. Tikinti işlərinin sürətləndirilməsi üçün əraziyə çoxsaylı texnika və canlı qüvvə cəlb olunub.
Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 936 mənzil tikilir..
Çoxmərtəbəli binaların tikilməsi üçün şəhər icra hakimiyyəti tərəfindən 12-ci mikrorayon ərazisində 2,8 hektar yer ayrılıb və hazırda həmin ərazidə böyük bir şəhərcik salınır.
Şəhərcikdəki binaların altısı 8, ikisi 14, ikisi isə 15 mərtəbəli olacaq. Bu binalarda ümumilikdə 936 mənzil nəzərdə tutulub ki, onlardan da 278-i 3, 520-si 2, 138-i isə 1 otaqlı olacaq.
Sumqayıtda işğal altında olan ayrı-ayrı rayonlardan 52 mindən çox qaçqın və məcburi köçkün məskunlaşıb. İlkin mərhələdə qəzalı yataqxanalarda məskunlaşmış məcburi köçkünlər yeni binalardakı mənzillərlə təmin ediləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın